2025-ci il ərzində Azərbaycana xaricdən 58 milyon 686 min dollar dəyərində 42 min 634 ton palma yağı və onun fraksiyaları idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, palma yağı idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 23,5 milyon dollar və ya 28,6%, miqdar ifadəsilə isə 22,1 min ton və ya 34,2% azalıb.
Qeyd edək ki, 2024-cü ildə ölkəyə 82,2 milyon dollar dəyərində 64,8 min ton palma yağı gətirilmişdi.
İdxalın azalması fonunda qiymətlərdə artım müşahidə olunur. 2025-ci ilin nəticələrinə görə, ölkəyə gətirilən palma yağının bir kq-nın orta qiyməti 1,38 dollar və ya 2,34 manat təşkil edib. Son bir ildə ölkəyə idxal olunan palma yağının qiyməti 0,11 dollar və ya 0,18 manat bahalaşıb. Xatırladaq ki, 2024-cü ildə palma yağı ölkəyə kiloqramı 1,27 dollardan - 2,16 manatdan idxal edilirdi.
Palma yağı idxalında digər dəyişiklik, əsas idxal həcminin Malayziyadan İndoneziyaya keçməsidir. 2024-cü ildə Malayziyadan idxal 4 dəfə azalaraq 24 min tondan 5,3 min tona düşüb. Buna qiymət artımı səbəb ola bilər - Malayziya yağının 1 kiloqramı 2024-cü ildə 1,25 dollardan (2,1 manat) 2025-ci ildə 1,47 dollara (2,5 manata) yüksəlib.
2025-ci ildə Azərbaycana palma yağının əsas satıcısı İndoneziya olub. Ötən il bu ölkədən 49,4 milyon dollar (83,9 milyon manat) dəyərində 36,4 min ton yağ gətirilib. İndoneziyadan yağın kiloqramı 1,36 dollar və ya 2,31 manata idxal edilib.
Azərbaycan 2025-ci ildə ilk dəfə Ukraynadan ilk dəfə olaraq 10 ton palma yağı idxal edib. Bu istiqamət üzrə idxal qiyməti yüksək olub – 1 kq üçün 2,03 dollar (3,45 manat).
Rusiyadan idxal edilən yağın həcmi 110 tondan isə 893 tona yüksəlib - kiloqramı 1,58 dollar (2,69 manat) təşkil edib.
|
Ölkə |
Həcm (2025) (ton) |
Məbləğ (2025) (min $) |
Həcm Dəyişimi (ton) |
Həcm Dəyişimi (dəfə / %) |
Məbləğ Dəyişimi (min $) |
Məbləğ Dəyişimi (dəfə / %) |
|
CƏMİ İDXAL |
42 634 |
58 687 |
-22 154 |
-34,2% |
-23 554 |
-28,6% |
|
İndoneziya |
36 381 |
49 379 |
-4 364 |
-10,7% |
-2 721 |
-5,2% |
|
Malayziya |
5 348 |
7 869 |
-18 548 |
4,5 dəfə azalma |
-22 063 |
3,8 dəfə azalma |
|
Rusiya |
893 |
1 413 |
+782 |
8 dəfə artım |
+1 255 |
8,9 dəfə artım |
|
Ukrayna |
10 |
20 |
+10 |
YENİ |
+20 |
YENİ |
|
Türkiyə |
2 |
5 |
-34 |
18 dəfə azalma |
-46 |
10 dəfə azalma |
|
Ölkə |
2024-cü il (1 kq qiyməti) |
2025-ci il (1 kq qiyməti) |
Qiymət Dəyişimi ($ / ₼) |
Qiymət Dəyişimi (%) |
|
ORTA QİYMƏT (Ümumi) |
1,27 $ /2,16 ₼ |
1,38 $ /2,34 ₼ |
+0,11 $ / +0,18 ₼ |
+8,3% |
|
İndoneziya |
1,28 $ /2,17 ₼ |
1,36 $ /2,31 ₼ |
+0,08 $ / +0,14 ₼ |
+6,5% |
|
Malayziya |
1,25 $ /2,13 ₼ |
1,47 $ /2,50 ₼ |
+0,22 $ / +0,37 ₼ |
+17,4% |
|
Rusiya |
1,42 $ /2,42 ₼ |
1,58 $ /2,69 ₼ |
+0,16 $ / +0,27 ₼ |
+11,1% |
|
Ukrayna |
- |
2,03 $ /3,45 ₼ |
YENİ |
YENİ |
|
Türkiyə |
1,42 $ /2,41 ₼ |
2,38 $ /4,04 ₼ |
+0,96 $ / +1,63 ₼ |
+67,6% |











