2025-ci il ərzində Azərbaycana xaricdən 58 milyon 686 min dollar dəyərində 42 min 634 ton palma yağı və onun fraksiyaları idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, palma yağı idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 23,5 milyon dollar və ya 28,6%, miqdar ifadəsilə isə 22,1 min ton və ya 34,2% azalıb.
Qeyd edək ki, 2024-cü ildə ölkəyə 82,2 milyon dollar dəyərində 64,8 min ton palma yağı gətirilmişdi.
İdxalın azalması fonunda qiymətlərdə artım müşahidə olunur. 2025-ci ilin nəticələrinə görə, ölkəyə gətirilən palma yağının bir kq-nın orta qiyməti 1,38 dollar (2,34 manat) təşkil edib.
2024-cü ildə bu rəqəm 1,27 dollar (2,16 manat) idi. Bu da son bir ildə palma yağının idxal qiymətinin 0,11 dollar (0,18 manat) və ya 8,4% bahalaşdığını göstərir.











