2024-cü ildə xaricdən Azərbaycana 173 milyon 604 min dollar dəyərində 29 min 611 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsiniə istinadən xəbər verir.
Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı illik müqayisədə müqayisədə dəyər ifadəsilə 81 milyon 188 min dollar və ya 87,6%, miqdar ifadəsilə 13 min 15 ton və ya 78,4% artıb.
2023-cü ildə Azərbaycan xarici ölkələrdən 92 milyon 416 min dollar dəyərində 16 min 596 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.
Hesabat dövründə 1 kq yağın orta idxal qiyməti 9,97 manata bərabər olub ki, bu da illik müqayisədə 50 qəpik və ya 5,1% artım deməkdir.
Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı ümumi idxalın 0,82%-ə bərabər olub.
Qeyd edək ki, təkcə kərə yağı idxalı ötən il 139,5 milyon dollar dəyərində 24,5 min ton təşkil edib. 1 kq kərə yağın orta idxal qiyməti ötən ilin nəticələrinə görə 9,68 manat təşkil edib.
Hesabat dövründə ən çox yağ İrandan alınıb - 14,2 min ton. Lakin ən ucuz yağın idxal edildiyi ölkə də İran olub. İrandan gəytirilmiş yağın 1 kq-nın orta statistik dəyəri 8,27 manata bərabər olub.
İrandan sonra Azərbaycan ikinci ən böyük yağ idxalçısı Yeni Zelandiya olub. Ölkədən il ərzində ümumilikdə 5,3 min tondan çox yağ idxal edilib. Bu ölkədən idxal edilmiş yağın orta idxal qiyməti 11,33 manat olub.
Bununla belə Azərbaycan kərə yağını ən baha qiymətə 29,05 manat olmaqla Portuqaliyadan, 26,79 manata isə İtaliyadan alıb.
Daha ətraflı aşağıdakı cədvəldə:
|
Ölkələr |
Miqdar (ton) |
Məbləğ (dollar) |
1 kq orta idxal qiyməti (dollar) |
1 kq orta idxal qiyməti (manat) |
S/n |
Kərə yağı |
24 508 |
139 513 060 |
$5.69 |
9.68 ₼ |
1 |
Portuqaliya |
1 |
19 310 |
$17.09 |
29.05 ₼ |
2 |
İtaliya |
1 |
78 80 |
$15.76 |
26.79 ₼ |
3 |
Latviya |
3 |
29 590 |
$8.86 |
15.06 ₼ |
4 |
Polşa |
10 |
84 850 |
$8.70 |
14.79 ₼ |
5 |
Niderland |
1 |
4 320 |
$8.64 |
14.69 ₼ |
6 |
Litva |
44 |
358 980 |
$8.23 |
13.99 ₼ |
7 |
Fransa |
267 |
2 112 010 |
$7.91 |
13.45 ₼ |
8 |
Almaniya |
347 |
2 659 390 |
$7.66 |
13.03 ₼ |
9 |
Finlandiya |
918 |
6 875 150 |
$7.49 |
12.73 ₼ |
10 |
Belçika |
139 |
1 041 270 |
$7.47 |
12.71 ₼ |
11 |
Türkiyə |
385 |
2 814 860 |
$7.31 |
12.43 ₼ |
12 |
Ukrayna |
879 |
6 112 040 |
$6.95 |
11.82 ₼ |
13 |
Belarus |
1 112 |
7 697 440 |
$6.92 |
11.76 ₼ |
14 |
Yeni Zelandiya |
5 334 |
35 549 280 |
$6.67 |
11.33 ₼ |
15 |
Rusiya |
101 |
665 870 |
$6.63 |
11.26 ₼ |
16 |
Hindistan |
741 |
4 235 810 |
$5.72 |
9.72 ₼ |
17 |
İran İslam Respublikası |
14 226 |
69 245 010 |
$4.87 |
8.27 ₼ |