2025-ci il ərzində Azərbaycana 381,7 milyon dollar həcmində oduncaq və ondan hazırlanan məmulatlar idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, oduncaq idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 22 milyon 592 min dollar və ya 5,6% azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana 404,3 milyon dollar dəyərində oduncaq və taxta məmulatları idxal olunmuşdu.
Bu il ümumi idxalın 1,57%-i oduncaq məhsullarının payına düşüb. Ötən il isə müvafiq göstərici 1,92% olmuşdu.











