Bu ilin ilk 7 ayında Azərbaycana 211,2 milyon dollar dəyərində oduncaq və ondan hazırlanan məmulatlar idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, oduncaq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 10,9 milyon dollar və ya 4,9% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 222,1 milyon dollar dəyərində oduncaq məmulatları idxal olunmuşdu.
Bu il 7 ayında ümumi idxalın 1,55%-i oduncaq məmulatlarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 2,06% olub.