Bu ilin ilk 9 ayında Azərbaycandan 7,2 milyon dollar həcmində 8 min 23 ton nar ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1,6 milyon dollar və ya 29,2%, miqdar ifadəsilə isə 1 min 755 ton, başqa sözlə 28% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 5,6 milyon dollar dəyərində 6 min 268 ton nar ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi narın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 52 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 51 qəpik idi. Qiymətlər demək olar ki, dəyişməyib.
Bu il 9 ayında ümumi ixracın 0,04%-ü, qeyri-neft sektoru üzrə ixracın isə 0,27%-i narın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,03% olub.