Bu ilin ilk 9 ayında Azərbaycandan 5 milyon dollar həcmində 547 ton çay ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 159 min dollar və ya 3,3%, miqdar ifadəsilə isə 5,5 ton, başqa sözlə 1% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 4,8 milyon dollar dəyərində 541 ton çay ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 15 manat 54 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 15 manat 19 qəpik idi. Bu da illik müqayisə ilə 35 qəpik və ya 2,3% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 0,03%-ü, qeyri-neft sektoru üzrə ixracın isə 0,19%-u çayın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,02% olub.