Azərbaycanın ixrac potensiallı məhsullarının Türkiyənin iri supermarketlər şəbəkələrində satışı imkanları müzakirə olunub.
Azərbaycanla Türkiyənin yenilənmiş Preferensial Ticarət Sazişinə daxil olan məhsullar açıqlanıb - SİYAHI
FED.az xəbər verir ki, bununla bağlı ölkəmizin Türkiyədəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, “SOCAR Türkiyə” və iş adamlarının iştirakı ilə onlayn toplantı keçirilib.
Toplantıda ölkəmizin ixrac potensiallı məhsullarının, o cümlədən Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə etdiyi məhsul kateqoriyalarının Türkiyənin iri supermarketlər şəbəkələrində satışı imkanları barədə müzakirələr aparılıb.
Müzakirələrin tərəflər arasında əməkdaşlığın artırılması baxımından əhəmiyyəti nəzərə alınaraq bu cür görüşlərin davam etdirilməsi barədə razılıq əldə edilib. (Azərtac)