Bu ilin ilk 8 ayında Azərbaycandan 52,7 milyon dollar həcmində 919 milyon 924 min kVt/saat elektrik enerjisi ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4,8 milyon dollar və ya 8,3% azalıb, miqdar ifadəsilə isə 98 milyon 761 min kVt/saat, başqa sözlə 9,7% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 57,5 milyon dollar dəyərində 1 milyard 19 milyon kVt/saat elektrik enerjisi ixrac olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin 1 kVt/saatının orta ixrac qiyməti 9,8 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 9,6 qəpik idi. Bu da illik müqayisədə cüzi bahalaşma deməkdir.
Bu il 8 ayında ümumi ixracın 0,31%-i, qeyri-neft sektoru üzrə ixracın isə 2,20%-i elektrik enerjisinin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,32% olub.