Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 100,4 milyon ABŞ dolları dəyərində 13 486 ton meşə fındığı ixrac edib.
Azərbaycanın xaricə satdığı fındığın kiloqramı 3 manatdan çox - BAHALAŞIB - YENİ QİYMƏT
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılanhesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 44,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,5 % az) 6 510 ton (-15 %), Almaniyaya 18,3 milyon ABŞ dolları dəyərində (+82 %) 2 145 ton (+62 %), İtaliyaya 12 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 1 366 ton (+63 %), Türkiyəyə 9,3 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 1 243 ton (+4 dəfə), İsveçrəyə 4,5 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 560 ton (+3 dəfə) məhsul satıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Suriyaya tədarük (472,4 min ABŞ dolları dəyərində 46 ton) həyata keçirilib.










