Bu ilin ilk 2 ayında Azərbaycana 12 milyon 604 min dollar dəyərində 1 min 906 ton çay idxal olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6 milyon 7 min dollar və ya 32,3%, miqdar ifadəsilə isə 1 min 141 ton və ya 37,5% azdır.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycana 18 milyon 611 min dollar dəyərində 3 min 47 ton çay idxal edilmişdi.
Bu il ilk 2 ayda ümumi idxalın 0,48%-i çayın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,40% olmuşdu.
Çayın 1 kiloqramının orta idxal qiyməti bu il 6,61 dollar (11,24 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu qiymət 6,11 dollar (10,38manat) idi. Bu da illik müqayisədə 0,51 dollar (0,86 manat) və ya 8,3% bahalaşma deməkdir.












