Bu ilin ilk 10 ayında Azərbaycan Amerika Birləşmiş Ştatlarına 2 milyon 846 min dollar dəyərində 33 milyon 499 min ədəd yumurta ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ABŞ ötən il Azərbaycanın yumurta ixrac etdiyi ölkələr sırasında olmasa da, bu il birbaşa ikinci ən böyük bazara çevrilib. Bu ilki ümumi yumurta ixracı gəlirlərinin 44%-i məhz ABŞ-ın payına düşür.
Bu il ABŞ-a ixrac edilən bir ədəd yumurtanın orta qiyməti 14,4 qəpik (8,5 sent) təşkil edib.










