Bu ilin ilk 10 ayında Azərbaycana 483,9 milyon dollar dəyərində 265,8 min ton plastmassa və ondan hazırlanan məmulatlar idxal olunub.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulun idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 38,6 milyon dollar və ya 8,7%, miqdar ifadəsilə isə 21,3 min ton, başqa sözlə 8,7% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 445,3 milyon dollar dəyərində 244,5 min ton plastmassa idxal edilmişdi.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycana idxal olunan plastmassanın 1 kiloqramının orta idxal qiyməti 3 manat 9 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə də bu rəqəm təxminən eyni olub, qiymətdə cüzi – 0,3%-lik ucuzlaşma qeydə alınıb.
Bu il 10 ayında ümumi idxalın 2,52%-i plastmassa və ondan hazırlanan məmulatların payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 2,68% idi.











