Dünya bazarlarında püstənin qiyməti son səkkiz ilin maksimumuna - hər funt (təxminən 0,454 qr) üçün 4,57 dollara (təxminən 7,76 AZN) çatıb.
Azərbaycanda ən çox vergi ödəyən - MARKET ŞƏBƏKƏLƏRİ – SİYAHI, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” nəşri “Expana Markets”ə istinadən məlumat yayıb.
Məlumata görə, cərəzin qiymətinin artması ABŞ-İran münaqişəsinin fonunda baş verib.
Bildirilir ki, püstə ixracında dünya ikincisi olan İran tədarük olunan məhsulun üçdə birini təmin edir. İranda 2025-ci ildə gözləniləndən az məhsul yığımı və daxili siyasi qeyri-sabitlik hələ münaqişədən əvvəl bu məhsulun qiymətində artıma səbəb olub. Məhsulun bahalaşmasına səbəb olan digər amil kimi içi püstəli Dubay şokoladının populyarlığının kəskin artması göstərilir.














