Bu ilin ilk 5 ayı üzrə Azərbaycana ixracda ən çox gəlir gətirən meyvə və tərəvəzlərin adları açıqlanıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar pomidor, fındıq, xurma, alma, kartof, nar bitkiləridir – onların 5 ayda ümümu ixrac dəyəri 225 milyon dollar ətrafındadır.
Azərbaycanın xarıcə satdığı qaz kəskin ucuzlaşıb - GƏLİRLƏRİ 2 DƏFƏDƏN ÇOX AZALDI - YENİ QİYMƏT
Azərbaycanın neft ixracından gəlirləri - 1 MİLYARD DOLLARADƏK AZALIB
Hesabata əsasən, ixcarda ən çox gəlir gətirən məhsul pomidor olub. Dövr ərzində xarici ölkələrə ümumi dəyəri 108,6 milyon dollar olan 86 min ton pomidor ixrac olunub. 1 kiloqram pomidorun xaricə ixracı üzrə orta qiymət 2,14 manat təşkil edib.
Pomidordan sonra ölkəyə ən çox valyuta gətirən məhsul fındıq olub. İlk beş ay ərzində Azərbaycandan xaricə 47,5 milyon dollar dəyərində 7 min 739 ton fındıq satılıb. 1 kq fındığın orta ixrac qiyməti 10,43 manat olub.
Yanvar-may ayları ərzində xaricə 27,7 milyon dollar dəyəri olan 33,4 min ton xurma ixrac edilib. 1 kiloqram xurmanın ixrac qiyməti 1,34 manat olub.
Hesabat dövründə xaricə ixrac edilən digər məhsul alma olub – 33,4 min ton almanın ixracından ölkəyə 22,25 milyon dollar daxil olub. Almanın orta ixrac qiyməti 1,13 manata bərabər olub.
2024-cü ilin ötən dövründə ən gəlirli ixrac məhsullardan biri də kartof olub. Kartof ixracından 14,5 milyon dollar valyuta daxil olub, ixracın miqdarı isə 34,3 min ton təşkil edib. Beləliklə, 1 kq kartofun orta ixrac qiyməti 0,72 manat olub.
Bu il hələlik ən az gəlir gətirən nar olub. 5 ayın nətiələrinə görə Azərbaycan xaricə cəmi 3,3 milyon dollar dəyərində 3,65 min ton nar satıb. Narın orta satış qiyməti isə hər kq üçün 1,52 manat təşkil edib.