2024-cü ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə 6 milyard 259 milyon dollar dəyərində 9 milyon 870 min ton neft ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 961,6 milyon dollar və ya 13%, miqdar ifadəsilə 1 milyon 883 min ton və ya 16% aşağı düşüb.
Xatorladaq ki, 2023-cü ilin ilk 5 ayında Azərbaycandan 7 milyard 220 milyon dollar dəyərində 11 milyon 752 min ton neft ixrac olunmuşdu.
Hesabat dövründə 1 ton neftin orta ixrac qiyməti 1 078 manat olub, bu illik müqayisədə 34 manat (3%) bahalaşma deməkdir. Xatırladaq ki, ötən ilin eyni dövründə neftin orta ixrac qiyməti 1 044 manat olmuşdu.
Bu ilin ilk 5 ayının nəticələrinə görə, xam neft ixracının ümumi ixracdakı payı 56,2% təşkil edib. Ötən ilin müvafiq dövründə isə neftin ümumi ixracda payı 44,8% olmuşdu.