“Ölkədə əmək pensiyalarının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılacaq. Burada 40 manat artımdan söhbət gedir. 10 ayın göstəricilərinə görə, ölkədə orta aylıq əməkhaqqı 723 manatdır. İlin axırına kimi 3 faiz artım ola bilər. 2022-ci ildə artım olarsa, yaxşı olar ki, pensiyaçıların pensiyasında humanist və nəzərəçarpan artım olsun”.
Eləcə də bax: Nazirlik işçilərin maaşları ilə bağlı - SAHİBKARLARA VƏ ŞİRKƏTLƏRƏ MÜRACİƏT ETDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, ölkədə demək olar, əhalinin çox hissəsi isə 443 manat məbləğində median əməkhaqqı alır: “Bu median əməkhaqqı alanların pensiyasında artım olacaqmı? Yaxşı olar ki, yüksək maaşlı iş yerlərinin sayı artsın”.