Yaşa görə əmək pensiyasından əlilliyə görə əmək pensiyasına keçməyə icazə veriləcək.
Eləcə də bax: Azərbaycanda işsizlikdən sığorta pulu - YENİ QAYDA İLƏ VERİLƏCƏK
FED.az xəbər verir ki, bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna (34-cü maddə) görə, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istisna olmaqla digər bütün növ əmək pensiyalarına keçmək mümkündür. Layihəyə əsasən isə bu istisna aradan qaldırılacaq.
Başqa sözlə, hazırda yaşa görə əmək pensiyası alan şəxsin əlilliyə görə əmək pensiyasına keçməsi qadağan edilib. Lakin aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu qadağanın aradan qaldırılması pensiya təminatı sisteminə hər hansı bir risk yaratmır. Eyni zamanda, bu qadağanın aradan qaldırılması vətəndaş məmnunluğunu artmasına və pensiya növü seçimində tam azadlığın yaranmasına imkan verəcək. (Apa)