Nazirlər Kabineti “Sığorta ödənişinin verilməsi Qaydası”na dəyişiklik edilib.
Gələn ay bayramlara görə 5 gün - İŞ OLMAYACAQ
FED.az xəbər verir ki, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun “Məşğulluq haqqında” Qanunla müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə yox, sığorta hadisəsinin baş verdiyi tarixdən tapılacaq.
Başqa sözlə, əvvəlki qaydaya əsasən işsizlərə işsizlikdən sığorta pulu onun işsiz olması tarixindən deyil, işsiz kimi qeydiyyata alınmasından sonra verilirdi. Bu da işsizin bir neçə ayın pulunu itirməsi demək idi.
İndi isə işsizlikdən sığorta təyin edildikdə həmin pul vətəndaşın işsiz olduğu tarixdən hesablanacaq.
Bundan əvvəl sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin işsiz kimi qeydiyyata alınmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqının məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanırdı.
Artıq bu hesablanma şəxsin işsiz kimi qeydiyyata alınmasından yox, sığorta hadisəsinin baş verdiyi tarixdən aparılacaq.
Bundan başqa, indiyədək qüvvədə olan qaydalara əsasən işsiz o vaxt minimum sığorta ödənişi ala bilərdi ki,m onun işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olsun. İndi isə bu müddət 35 deyil, 30 aya endirilib.