“Xalq Sığorta” ASC 2025-ci il ərzində 25 milyon 410 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü illə müqayisədə 711 min manat və ya 3% artım deməkdir.
Şirkət 2024-cü il 24 milyon 699 min manat yığım əldə etmişdi
Bu dövrdə ödənişlərin məbləği 10 milyon 883 min manat olub ki, bu da illik müqayisədə (9 milyon 951 min manat) 9,4% çoxdur. 2024-cü ildə müştərilərinə 9 milyon 951 min manat ödəniş etmişdi.










