“Meqa Həyat Sığorta” ASC 2025-ci il ərzində 17 milyon 958 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, son bir illə müqayisədə 6 milyon 318 min manat və ya 54,3% artım deməkdir.
2024-cü il ərzində şirkət 11 milyon 640 min manat yığım əldə etmişdi.
Bu dövrdə ödənişlər isə illik müqayisədə 3 milyon 555 min manat artaraq 4,5 dəfəlik inanılmaz bir artımla 4 milyon 583 min manat olub.
Ötən il müştərilərə cəmi 1 milyon 28 min manat ödəniş edilib.












