Sosial

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA | FED.az
20:18 10 Dek 2019

FED.az xəbər verir ki, "Veysəloğlu Şirkətlər Qrupu" SƏTƏM mütəxəssisi (Mingəçevir şəhəri) vəzifəsi üzrə vakansiya elan edir.

Eləcə də bax: "Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA

İş təcrübəsi: SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 2 il iş təcrübəsi
Təhsil: Ali
Yaş həddi: 23-35

İşin təsviri:

Şirkətdə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsinə nəzarət etmək, əməyin təhlükəsizliyi ilə bağlı prosesləri icra etmək

Vəzifə öhdəlikləri:

- Şirkətdə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsini həyata keçirmək;
- Şirkətin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayaraq həyata keçirilməsini təşkil etmək;
- Əməyin mühafizəsinə dair təlimatları hazırlamaq və tətbiq etmək;
- İşə yeni qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatının verilməsini təmin etmək;
- Təlimat jurnallarının imzalanmasına nəzarət etmək;
- Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq.

Tələblər:

- SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması üstünlükdür;
- Şəxsi avtomobilinin olması ütünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtomobilin yanacaq xərcləri şirkət tərəfindən qarşılanır;
- Nahar ilə təmin edilir.

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “SƏTƏM mütəxəssisi – Mingəçevir” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Digər xəbərlər