FED.az xəbər verir ki, "Azərsun Holdinq" Texniki Mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Eləcəd ə bax: "AG Bank" işçi axtarır - VAKANSİYA
Tələblər:
• Texniki Ali təhsil (Mexanika mühəndisliyi, Qida məhsulları mühəndisliyi, Maşın mühəndisliyi, Texnoloji maşın və avadanlıqlar mühəndisliyi. ixtisasları)
• İstehsalat sahəsində (texniki sahədə) 3-5 il iş təcrübəsi
• İngilis dili, Rus dili yüksək səviyyədə bilməli
• Texnoloji proseslərin aparılması qaydasını bilməli
• İstehsalatın və istehsal avadanlıqlarının texnoloji xüsusiyyətlərini bilməli
• İş proseslərini, texnoloji sxemləri oxumağı bacarmalı
• PLC, avtomatik, elektronik, pnevmatik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli
• Texniki təhlükəsizlik qaydalarını bilməli
İşin təsviri:
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Əsaslı təmir üçün siyahl tutulmasında iştirak edir.
• Bütün təmir işlərini avadanlıqların texniki passportunda qeyd edilən normativlərə əsasən həyata keçirir, normativdən kənara çıxmamaq üçün lazım gələrsə, avadanlığa dair internet resusrlarından istifadə edərək, təmir işlərini müasir standartlar əsasında qurur.
• Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak edir.
• Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir.
• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, dəzgah və qurğulara təmir xidməti göstərən işçilərə istiqamət verir.
İş yeri: Sumqayıt şəh.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Texniki mühəndis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.