Venesuela prezidenti Nikolas Maduro minimum əmək haqqının 18 dəfə artırdığını elan edib və eyni zamanda bunu hökumətin bir neçə il əvvəl başlatdığı petro kriptovalyutası ilə əlaqələndirib.
Eləcə də bax: «Azərbaycanın 17 ilə qura bilmədiyi pensiya sistemini - GÜRCÜSTAN 2 İLƏ QURDU - STATUS
FED.az Banker.az-a istinadən xəbər verir ki, indi Venesuelada minimum aylıq əmək haqqı 126 bolivar (təxminən 28 dollar) olacaq ki, bu da petronun yarısıdır. Sonuncu dəfə Venesuela minimum əmək haqqını keçən ilin aprelində təxminən 2 dollara qaldırmışdı.
Ötən il Venesuela hakimiyyəti təqribən yeddi il davam edən hiperinflyasiyanın öhdəsindən gələ bilib – Bloomberg İndeksinə əsasən, ötən ilin sonunda bolivarlarda inflyasiya 1000%-dən 53%-ə düşüb. Ekspertlər bunu ölkənin ixrac etdiyi neftin qiymətinin qalxması, iqtisadiyyata dövlət nəzarətinin zəifləməsi, maliyyə siyasətinin dəyişməsi və dövlət xərclərinin azalması ilə əlaqələndirirlər.