Rusiyanın Cəzaların İcrası Federal Xidməti həbsxanalarda ən çox tələbat olan peşələri müəyyən edib. FED.az xəbər verir ki, tələbatın böyük olduğu peşələr arasında təmir tikinti işçiləri, qaynaqçılar, bənnalar, betonçular, frezer dəzgahında işləyənlər, eləcə də traktorçular və elektrik montyorları qeydedilir.
Eləcə də bax: Kredit və banklar haqqında eşitmədiyiniz -10 MARAQLI FAKT
Xidmətin açıqlamasında deyilir ki, türmədə tələbat olan peşələrin siyahısı cəzaçəkmə müəssisəsinin tələbatından asılı olaraq dəyişir. Eləcə də, burada məhbusların azad olunandan sonra iş həyatına qayıtdıqda ən çox tələbat olan peşələr də nəzərə alınır.
Həbsxanada tələbatın böyük olduğu digər peşələr, tikişçi, dərzi, kəsici, aşpaz, bərbər, heyvandarlıq işçisi, tərəvəzçi, çörəkbişirən və sairdir.
Qeyd edilirki, Rusiyada həbsxanalarda məhbuslar cəza çəkməklə yanaşı, müxtəlif peşələri də öyrənirlər, ümumilikdə Rusiyada həbsxanalarda 168 peşə öyrədilir.Eləcə də bax: Məşhur iş adamı ABŞ prezidentini necə aldatdı? - PAYTAXTLARIN TARİXİ