Sizcə, ilk kreditlər nə zaman yaranıb? Əgər kredit sisteminin son bir neçə əsrdə yarandığınıdüşünürsüzsə, səhv edirsiniz. Əslində, ilk kreditorlar universal mübadilə vasitəsi kimi pulun yarandığından dərhal sonra meydana gəliblər. Yəni 1000 il əvvəl. Bu müddət ərzində kredit və banklar haqqında tolanmış bir sıramaraqlı fakt mövcuddur. Onların ən maraqlılarınıindiöyrənəcəksiniz.
1. Kreditlərə aid ilk faktiki istinadlar Misir, Assuriya və Babil ərazilərində aşkar edilmişdir.Arxeoloji qazıntılar göstərir ki, faizlə borca pul verən ilk sələmçilər e.ə. VIII əsrdən başlayacaq bu ərazilərdə fəaliyyət göstəriblər. Banklar haqqında maraqlı bir fakt odur ki, o zamanlar gil plitələr şəklində xüsusi bank kartları yayılmışdı, onlar müasir qiymətli kağızların analoqu idi.
2. Kreditlər haqqında gözlənilməz bir fakt ədalətli və müdrik hökmdar hesab edilən Hammurapinin qanunlarıidi. Onun əmri ilə bütün qədim babillilər kredit girovuolaraq öz övladlarını verə bilərdilər.
3. Bank və kreditlər haqqında maraqlı faktlar Qədim Yunanıstanda baş verən hadisələrlə tamamlanır. O zamanlar kreditorların borc verdiklərinin torpağına xüsusi bir lövhə yerləşdirmək hüquqları var idi. O lövhə borc alınan vəsait geri qaytarılmadıqda torpağıntamamilə kreditorun mülkiyyətinə keçəcəyini bildirirdi.Həmin lövhələr hypothéke (ipoteka) adlanırdı.
4. Qədim Romada kreditora borc ödənilmədikdə,borcalanı xüsusi borc həbsxanasına sala bilərdilər.Oradan çıxmaq üçün yeganə yol bir ay ərzində ödəniş etmək idi. Bu müddət bitdikdən sonra kreditor borclunu əmtəə kimi qul bazarına çıxara bilərdi.
5. O zamanlar kreditorlardan heç birinin skorinq proqramına ehtiyacı yox idi. Kredit vermək qərarı borcalanın xarici görünüşünə əsasən verilirdi. Kasıb adam sadəcə sağ qalmağa çalışır, adi kəndli yeni bir inək almaq istəyirdi, zəngin isə qul və ya bir sənət obyekti əldə etmək istəyirdi.Beləliklə, qanun bütün kreditorların hüquqlarını qoruyurdu, kreditorlar isə borcalanın seçiminə risk etmək istəmədikləri üçünehtiyatla yanaşırdılar.
6. Bankların etibarlılığı və qədimliyi baxımından ən məşhur ölkə İsveçrə olmasına baxmayaraq, rəsmi olaraq ilk bank təşkilatı 1584-cü ildə Venesiyada açılmışdı. Bu, şəhərin bir neçə əsas ticarət yolu baxımından əlverişli ərazidə yerləşməsi ilə izah olunur.
7. Maraqlı bir faktdır ki, tarix boyu borcları qaytarmayanların çoxu hökmdarlar olub. O zamanlarhökmdarların çoxunun öz ehtiyacları üçün böyük məbləğdə borc götürüb inadla pulları qaytarmamaq kimi vərdişləri var idi. Borclarının qaytarılması üçün israr edən kreditorlar adətən tamamilə iflas edirdilər.
8. Yaxınlarda İsveçrədəki banklardan birində aparılan yoxlama zamanı Vladimir İlyiç Leninin adına bağlanmamış bir hesab tapılıb. Banklar haqqında maraqlı bir fakt odur ki, dünya proletariatının liderininhesabında cəmi 13 frank var idi. Ümumilikdə, İsveçrədə 400 kommersiya bankı var, onların hesablarında isə 54 trilyon dollara bərabər məbləğ var.
9. Bank və kreditlər haqqında maraqlı fakt Roma Papası III Aleksandrın 1179-cu ildə bütün bankirləri kilsədən kənar elan etdiyi fərmanıdır. Fərmanın tərkibinə günah çıxartma və yevxaristiyaya qadağa da daxil idi. Həmçinin, bankirlər xristian kimi dəfn olunmaq hüququndan da məhrum edilirdi. Maraqlıdır ki, bu fərman heç kim tərəfindən ləğv edilməyib.
10. Statistikaya görə, kredit təşkilatını seçərkən kişilərin əksəriyyəti bankın məşhurluğunadiqqət yetirirlər. Eyni zamanda, qadınların əksəriyyəti isə xidmətin tezliyinə, komissiyaların olmamasına və kreditin vaxtından əvvəl ödənilmə imkanına əhəmiyyət verirlər.