Türkiyədə əvəzli (ödənişli) hərbi xidmətin qiyməti 31 min 343 lirə (təxminən 9810 manat) təyin edilib. FED.az “Posta”ya istinadən xəbər verir ki, bu barədə Milli müdafiə naziri Hulusi Akar məlumat verib.
Eləcə də bax: Azərbaycanda özəl şirkətə hərbi məhsul istehsalı üçün - LİSENZİYA VERİLİB - İLK DƏFƏ
Onun sözlərinə görə, məbləğ hər 6 ayda bir dəfə artırılacaq.
H.Akar bildirib ki, əgər əvəzli hərbi xidmətə müraciət tələbdən çox olarsa, onların arasından tələb olunan say püşkatma yolu ilə seçiləcək.
Eləcə də bax: Hindistan da "Kalaşnikov" buraxacaq
Qeyd edək ki, əvəzli hərbi xidmət təyin edilən məbləği ödəyərək hərbi xidmət müddətinin qısaldılmasıdır. Türkiyədə qısaldılmış hərbi xdmət müddəti 6 ay, tam hərbi xidməti müddəti isə 1 ildir.
Eləcə də bax: Dünya iqtisadiyyatı üçün - 10 ƏSAS RİSK - AÇIQLANIB