Hindistanda "Kalaşnikov" avtomatlarının istehsalı üzrə zavodun yaradılması barədə Rusiya ilə hökumətlərarası razılaşma bu ilin sonunda imzalana bilər. FED.az xəbər verir ki, bu barədə rusiyalı rəsmi Viktor Kaldov "Aero-Hindistan - 2019" sərgisi zamanı deyib.
Onun sözlərinə görə, zavodun yaradılmasına yatırılacaq vəsaitin məbləği, silahların növü barədə məsələlər daha sonra dəqiqləşdiriləcək.
Qeyd edək ki,bu gün Banqalor hərbi-hava bazasında "Aero-Hindistan - 2019" aerokosmik sərgisi öz işinə başlayıb. Sərgi Hindistan hökuməti və Müdafiə Nazirliyinin dəstəyi altında iki ildə bir dəfə keçirilir.