Türkiyədə 2023-cü ilin avqust ayında yaşı 15 və daha yuxarı yaşda olan işsizlərin sayı iyul ayı ilə müqayisədə 56 min nəfər azalaraq 3 milyon 223 min nəfər təşkil edib.
Türkiyə 8 ayda 37 milyon nəfərə yaxın turist - QƏBUL EDİB
FED.az Türkiyə Statistika Komitəsinə (TÜİK) istinadən xəbər verir ki, işsizlik səviyyəsi 0,2 bənd azalaraq 9,2 faizə düşüb. İşsizlik nisbəti kişilər üzrə 7,5 faiz, qadınlar üzrə isə 12,6 faiz olub.
Avqust ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 1000 nəfər artaraq 31 milyon 686 min nəfərə çatıb, məşğulluq səviyyəsi isə dəyişməyərək 48,4 faiz olub. Bu göstərici kişilər üzrə 65,6 faiz, qadınlar üzrə isə 31,5 faiz təşkil edib.
Gənclər arasında işsizlik azalıb
15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,7 bənd azalaraq 17,2 faiz təşkil edib. Bu yaş qrupunda işsizlik səviyyəsi; Kişilər üzrə 14,2 faiz, qadınlar üzrə isə 22,7 faiz olub. (Marja)