Türkiyənin İstanbul şəhərində dəniz sahili, çimərlik, park, piknik sahələri və bu kimi ictimai məkanlarda alkoqollu içkilərin istifadəsi qadağan olunub.
Türkiyəyə gələn turistlərin sayında - REKORD
FED.az xəbər verir ki, bu barədə İstanbul valiliyinin qərarı ictimaiyyətə elan olunub.
Valiliyin yaydığı məlumatda deyilir ki, şəhərin alkaqollu içkilərin satışı və istehlakı ilə bağlı lisenziyası olan iaşə obyektlərindən kənardakı publik yerlərində alkaqollu içkilərin içilməsi yasaqlanıb.
Rəsmi məlumatda səbəb kimi “insidentlərin iştirakçısı olan şəxslərin əksər hallarda sərxoş olması” göstərilib. (Modern.az)