Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan ölkələrimizin qardaşlıq münasibətlərinin simvoluna çevrilmiş Sərvər Bəşirlini iftara dəvət edib.
Türkiyədə zəlzələ sığortası ödənişləri başladı – HƏLƏLİK, 900 MİLYON DOLLAR
FED.az xəbər verir ki, mərasim Türkiyədə, prezident sarayında baş tutub.
İftara Sərvər Bəşirlinin yaxın qohumları da dəvət alıblar.
İftar yeməyindən sonra isə xatirə fotoları çəkilib.
Qeyd edək ki, Sərvər Bəşirli iftara Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Büyükfıratın təşkilatçılığı ilə qatılıb.
Xatırladaq ki, Türkiyədə 6 fevral tarixində baş vermiş dağıdıcı zəlzələdən dərhal sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş dövlətə köməyə tələsən Sərvər Bəşirlinin fotosu böyük rezonans doğurub, Türkiyə-Azərbaycan münasibətlərinin simvoluna çevrilib. (yenicag.az)