2024-cü ilin 1 iyul vəziyyətinə Azərbaycanda tikinti sahəsində işləyənlərin sayı 123 min 377 nəfər olub.
FED-az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin 1 iyul vəziyyəti ilə müqayisədə 14 min 246 nəfər və ya (13,1%) azdır.
Tikintidə işləyənlərin 24 min 735 nəfəri dövlət, 98 min 342 nəfəri isə özəl sektorda çalışanlardır.
Dövlət sektorunda işləyənlərin sayı son bir ildə 710 nəfər (2,8%) azalıb , özəl sektorda işləyənlərin sayı 14 min 956nəfər azalıb.
Xatırladaq ki, 2023-cü ilin 1 iyul vəziyyətinə bu sahədə işləyənlərin sayı 108 min 831 nəfər çalışıb ki, onların da 25 min 445 nəfəri dövlət, 83 min 836 nəfəri özəl sektorda çalışanlar olub.