2024-cü ilin 1 iyul vəziyyətinə Azərbaycanda meşə təsərrüfatı bu sahədə xidmətin göstərilməsi sahəsində işləyənlərin sayı 3 min 122 nəfər olub.
FED-az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin 1 iyul vəziyyəti ilə müqayisədə 54 nəfər və ya (1,8%) azdır.
Meşə təsərrüfatı bu sahədə xidmətin göstərilməsi işləyənlərin 3 min 114 nəfəri dövlət, 8 nəfəri isə özəl sektorda çalışanlardır.
Dövlət sektorunda işləyənlərin sayı son bir ildə 34 nəfər (1,1%) , özəl sektorda işləyənlərin sayı 20 nəfər azaııb.
Xatırladaq ki, 2023-cü ilin 1 iyul vəziyyətinə bu sahədə işləyənlərin sayı 3 min 176 nəfər çalışıb ki, onların da 3 min 148 nəfəri dövlət, 28 nəfəri özəl sektorda çalışanlar olub.