44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2023-cü ildə 1500, postmüharibə dövründə 6000, ümumilikdə ötən dövrdə 14800 mənzil və fərdi ev verilib.
Nazirlik əlillərə və şəhid ailələrinə tikiləcək mənzillərə 3,6 milyon manat – AYIRDI
FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib.
Agentlik tərəfindən 2023-cü ildə görülən işlərin yekunlarına həsr olunan mətbuat konfransında həmçinin keçən il 150, ümumən ötən dövrdə 7600-dən artıq avtomobilin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verildiyi qeyd edilib.
Bildirilib ki, 2023-cü ildə şəhid ailələrinin üzvləri və digər imtiyazlı şəxslərdən ibarət 2510 nəfər yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.
Hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 3 660 şəxsə evdə sosial-məişət xidməti göstərilir. 2023-cü ildə İraq və Suriyadan ölkəmizə repatriasiya olunmuş 63 nəfər vətəndaşımız Agentlik tərəfindən reinteqrasiya və sosial reabilitasiya tədbirlərinə cəlb olunub.
1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 504 uşaq övladlığa verilib. Onlardan 141 nəfəri ötən il övladlığa verilən uşaqlardır. Paralel olaraq “Himayədar ailə” qayğı modeli çərçivəsində 5 uşaq himayədar ailələrə verilib.
Sosial layihələr çərçivəsində 2023-cü il ərzində 21 şəhər və rayonda yaradılan günərzi qayğı mərkəzlərində 630 nəfər uşağa sosial xidmət göstərilib.