Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinə yeni üzv təyin edilib.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev Elşad Mirbəşir oğlunun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb.
Eləcə də bax: Prezident Administrasiyasında növbəti - TƏYİNAT
Qeyd edək ki, Elşad Mirbəşir oğlu siyasi elmləri üzrə fəlsəfə doktoru, tanınmış siyasi şərhçidir.
Sosial Tədqiqatlar Mərkəzi ölkə başçısının fərmanı ilə bu ilin 8 fevral tarixində yaradılıb və İdarə Heyətinin sədri deputat Zahid Orucdur.
Eləcə də bax: Nazirlər Kabinetində mühüm - TƏYİNAT
Report