Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub.
FED.az xəbər verir ki, bu vəzifəyə Səadət Yusifova təyin edilib.
Eləcə də bax: Prezident Administrasiyasında - YENİ TƏYİNAT - SƏRƏNCAM
Qeyd edək ki, son struktur islahatlarına qədər S. Yusifova Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri olub.
Prezident Administrasiyasının yeni strukturu formalaşdırılarkən bu şöbə ləğv edilib.
Eləcə də bax: Prezident Administrasiyasının yeni strukturu və təyinatlar - TAM SİYAHI
Apa