Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan qrup kimi 5 faizlik növbədənkənar işə götürülmə kvotası şəhid ailələrinin üzvlərinə də şamil ediləcək.
Eləcə də bax: Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlə bağlı nazirlikdən - AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi parlamentə daxil olub. (Report)