Azərbaycanda Şəhid ailələri və Qarabağ əlillərinin ailə üzvləri pulsuz tibbi sığorta ilə təmin ediləcək.
Eləcə də bax: Şəhid ailələri “YAŞAT”a necə müraciət edəcək? – AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə ASAN Xidmətitn rəhbəri Ülvi Mehdiyev yeni yaradılan «Yaşat» Fondunun gələcək fəaliyyəti ilə bağlı məlumat verərkən bildirib.
Onun sözlərinə görə, şəhid ailələrinin üzvləri və Qarabağda sağlamlığını itirən şəxslərə «Yaşat» kartın veriləcək. Onlar bu kart və tibbi sığorta vasitəsilə stomatoloji xidmətlərdən tutmuş tibbi əməliyyyatlara qədər pulsuz tibbi xidmətlərlə əhatə olunacaq.
Bundan başqa, belə ailələrin üzvlərinə təhsil dəstəyi veriləcək. Təhsil dəstəyi orta məktəbdən tutmuş xaricdə təhsilədək təhsilin bütün pillərinə aid olacaq.