Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub.
Eləcə də bax: Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil verildi - FOTO
FED.az xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, keçmiş xüsusi təyinatlı, polkovnik leytenant İlham Rüstəmov, Vətən müharibəsi qazisi Vidadi Ağagülov və başqaları iştirak ediblər.
Bildirilib ki, 2021-ci ilə dair plan üzrə artıq 100 mənzil təqdim edilib, ümumilikdə ötən dövrdə isə 9250 mənzil və fərdi ev verilib.