Bu ilin ilk 3 ayında təşkil edilən 24 yarmarkada 3 634 nəfər işlə təmin edilib.
Statistika Komitəsi və Məşğulluq Xidməti işsizlərin rəsmi sayını - GİZLƏTMƏYƏ ÇALIŞIR
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən "Qonaqpərvərlik sənayesinin Karyera günü” tədbirində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövıət Məşğulluq Xidmətinin sədrinin müşaviri Səftər Rəhimli deyib.
S.Rəhimlinin sözlərinə görə, ötən il və bu il ümumilikdə əmək yarmarkalarında 13 mindən artıq insan işə cəlb edilib: “Ötən il təşkil edilən 63 əmək yarmarkasında isə 9 833 nəfər işlə təmin edilib. Bu ilin birinci rübündə 77 687 nəfər işsiz, işaxtaran kimi aktiv məşğulluq tədbirləri ilə əhatə edilib. Onlardan 12 820 nəfəri "Əmək və məşğulluq" altsistemindəki vakansiya bankına yerləşdirilən münasib vakansiyalar üzrə işlə təmin edilib. 1 245 nəfər isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub. Yanvar-mart aylarında 2 190 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 61 432 şəxsə isə peşəyönümü xidmətləri göstərilib”.
Nazirlik rəsmisi əlavə edib ki, bu il 50-dən artıq əmək yarmarkası keçiriləcək: “ Həmçinin yarmarkalarda sosial cəhətdən həssas və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi qaydası, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili və digər məşğulluq tədbirləri barədə təqdimatlar edilib. Təsdiqlənmiş plana əsasən ölkə üzrə cari il ərzində 56 əmək yarmarkasının keçirilməsi planlaşdırılır ki, bu da işaxtaran və işsiz şəxslərin əmək bazarına qaytarılmasına, həmçinin əlavə olaraqda işəgötürənlərin çevik şəkildə kadr ehtiyaclarının ödənilməsinə gətirib çıxaracaq. Yarmarkanın keçirilməsində əsas məqsəd işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir”. (Report)