Dövlət Statistika Komitəsi Azərbaycanda əsas sosial iqtisadi göstəricilərdən biri olan işsiz vətəndaşların sayı ilə bağlı məlumatları məhdudlaşdırıb.
Eləcə də bax: Bu ilin 10 ayında 3 033 nəfərə işsizlikdən sığorta ödənişi - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, son bir neçə ay ərzində komitə işsiz vətəndaşların sayını birbaşa açıqlamır. Araşdırma göstərir ki, Dövlət Komitəsi aylıq və rüblük məruzələrdə işsiz vətəndaşlarını şəhər və rayonlar üzrə sayını ötən ilin aprelindən gizlədir.
Sonuncu dəfə belə məlumat 2020-ci ilin ilk rübünün nəticələrinə həsr olunan hesabatda açıqlanıb. Həmin vaxt ölkədə rəsmi rəqəmlərə görə 100 min işsizin olduğu bildirilirdi. İşsizlərin 28 mini Bakı şəhərində, 72 min nəfər isə respublikanın bölgələrində idi. Yeri gəlmişkən, elə həmin hesabatdan məlum olurdu ki, 100 min işsizdən ölkə üzrə cəmi 510 nəfər (1 faizdən də az hissə) işsizliyə görə sığorta ödənişi alıb.
Bundan sonra isə komitə işsizlərin şəhər və rayonlar üzrə bölgüsünü açıqlamağı dayandırıb. Bu barədə məlumatların yayılması yalnız ölkə üzrə məşğul və iqtisadi aktiv əhalinin sayını açıqlamaqla məhdudlaşır.
FED.az-ın bununla bağlı Dövlət Statistika Komitəsinə müraciətinə cavab olaraq Komitədən bildirilib ki, Dövlət Məşğulluq Xidməti bunnula bağlı məlumatları Komitəyə təqdim etməyi dayandırıb.
Dövlət Məşğulluq Xidməti isə məlumatların Statistika Komitəsinə verilməsini dayandırmadığını, o cümlədən işsizlərin sayı ilə bağlı göstəricilərin də komitəyə ötürüldüyünü bildirir.
Bununla yanaşı, Məşğulluq Xidməti də ölkədə rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı və onların regionlar üzrə bölgüsünü də FED.az-a açıqlamaqdan imtina edib.
İşsizliklə bağlı son vəziyyət isə belədir: komitə ölkə üzrə (1) aktiv əhali sayını və (2) məşğul əhali sayını açıqlayır. Bu iki rəqəmin fərqi ölkədə faktiki işsizliyin göstəricisidir.
2020-ci il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5191,5 min nəfər olmuş, onlardan 4936,4 min nəfərini məşğul əhali təşkil etmişdir. Yəni işsiz sayı 255,1 min nəfər.
2020-ci il mayın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5197,2 min nəfər olmuş, onlardan 4899,4 min nəfərini məşğul əhali təşkil etmişdir. Yəni işsiz sayı 297,8 min nəfər.
2020-ci il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5206,7 min nəfər olmuş, onlardan 4901,3 min nəfərini məşğul əhali təşkil etmişdir. Yəni işsiz sayı 305,4 min nəfər.
2020-ci il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5220,6 min nəfər olmuş, onlardan 4883,1 min nəfərini məşğul əhali təşkil etmişdir. Yəni işsiz sayı 337,5 min nəfər.
2020-ci il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5230,1 min nəfər olmuş, onlardan 4881,5 min nəfərini məşğul əhali təşkil etmişdir. Yəni işsiz sayı 348,6 min nəfər.
2020-ci il sentyabrın 1-i vәziyyәtinә ilkin mәlumatlara әsasәn iqtisadi fәal әhalinin sayı 5238,6 min nәfәr olmuş, onlardan 4884,7 min nәfәrini mәşğul әhali tәşkil etmişdir. Yəni işsiz sayı 353,9 min nəfər.
2020-ci il oktyabrın 1-i vәziyyәtinә ilkin mәlumatlara әsasәn iqtisadi fәal әhalinin sayı 5249,1 min nәfәr olmuş, onlardan 4884,9 min nәfәrini mәşğul әhali tәşkil etmişdir. Yəni işsiz sayı 364,2 min nəfər.
2020-ci il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5251,3 min nəfər olmuş, onlardan 4887,8 min nəfərini məşğul əhali təşkil etmişdir. Yəni işsiz sayı 363,5 min nəfər.
2021-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5252,5 min nəfər olmuş, onlardan 4876,6 min nəfərini məşğul əhali təşkil etmişdir. Yəni işsiz sayı 376 min nəfər.
2021-ci il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5260,7 min nəfər olmuş, onlardan 4890,4 min nəfərini məşğul əhali təşkil etmişdir. Yəni işsiz sayı 371 min nəfər.
2021-ci il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5279,9 min nəfər olmuş, onlardan 4929,1 min nəfərini məşğul əhali təşkil etmişdir. Yəni işsiz sayı 351 min nəfər.
2021-ci il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5298,7 min nəfər olmuş, onlardan 4978,3 min nəfərini məşğul əhali təşkil etmişdir. Yəni işsiz sayı 321 min nəfər.
2021-ci il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5299,8 min nəfər olmuş, onlardan 4984,5 min nəfərini məşğul əhali təşkil etmişdir. Yəni işsiz sayı 315 min nəfər təşkil edib.