Sabahdan başlayaraq, Novruz bayramı ilə əlaqədar 7 ardıcıl qeyri-iş günü olacaq.
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri müəyyən edilib.
Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Bu il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olacaq.
Beləliklə, bu il Novruz bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq. 27 mart rəsmi iş günüdür.