2023-cü ildə 2714 şəhid ailəsi üzvünün vəsiqəsi şəhid ailəsi üzvlərinə təqdim olunub.
Şəhid ailələri və müharibə əlillərinə – 15 000 MƏNZİL VƏ EV VERİLİB
FED.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
2023-cü ildə 2714 şəhid ailəsi üzvünün vəsiqəsi hazırlanıb və Agentliyin ərazi filialları və Bakı DOST mərkəzləri tərəfindən şəhid ailəsi üzvlərinə təqdim olunub. Şəhid ailəsi üzvlərinin şəhid ailəsi üzvünün vəsiqəsi ilə təmin olunması davam edir. Ötən il ərzində Agentlik tərəfindən 91 nəfərə əmək veteranı adı və vəsiqəsi də təqdim edilib.
Sədr bildirib ki, Agentlikdə yaradılan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə iş şöbəsi bu kateqoriyadan olan vətəndaşlarımıza daha operativ xidmət göstərilməsini təmin edir. Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə qayğı ilə yanaşılması, onların mənzil-məişət, reabilitasiya (avtomobil) vasitələri, şəhid ailə üzvü vəsiqəsi ilə təmini, sanatoriya-kurort yollayışları, psixo-sosial dəstək problemlərinin həllinə köməklik göstərilməsi, peşə-əmək məşğulluqlarının artması, sosial sahədə fəaliyyətlərinin genişləndirilməsinə şərait yaradılması, sosial-hüquqi yardımlar göstərilməsi, göstərilən sosial xidmət səviyyəsinin yüksəldilməsi və xidmətlərin əlçatanlığının, rahatlığının təmin edilməsi məqsədilə şöbə tərəfindən tədbirlər həyata keçirilir. Ötən ildə şöbəyə 900-ə yaxın müraciət daxil olub.
"Qeyd edim ki, mütəmadi olaraq Agentliyin Regional filiallarının rəhbərləri şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxsləri ziyarət edərək onların istək və təklifləri dinləyir. qaldırdıqları məsələlərin həlli ilə əlaqədar qanunvericiliyə uyğun olaraq müvafiq dəstək göstərilir. Bu müddət ərzində 1827 şəhid ailəsi və 506 müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxsin ailələrinə ziyarətlər təşkil olunub və həmin görüşlər davamlı xarakter daşıyır" -deyə sədr əlavə edib.