"Ölkəmizin əmək bazarında aparılan islahatlar nüfuzlu tədqiqat mərkəzlərinin diqqətini cəlb edir".
"Sosial xərclərimiz Gürcüstan və Ermənistanın birlikdə həmin xərclərindən 2,5 dəfə çoxdur"
FED.az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib.
"Vergi sistemində 2019-cu ildən başlanmış və əmək bazarının təşviqinə yönəlmiş tədbirlərin nəticələri Harvard Universitetinin ekspertləri tərəfindən yüksək dəyərləndirilib. Harvard mütəxəssislərinin əməkhaqqı islahatlarının Azərbaycan təcrübəsinin digər iqtisadiyyatlar üçün araşdırılması vacib olan səmərəli model kimi qiymətləndirməsi zamanında və düzgün qərarların alındığını göstərir", - deyə nazir paylaşımında qeyd edib.