"Azərbaycanın əmək bazarında uyğunsuzluq var. Bu gün bir tərəfdə çoxlu işsiz və işaxtaran, digər tərəfdə isə kifayət qədər çox müasir peşələrə ehtiyacı olan şirkətlər var".
Eləcə də bax: Azərbaycanda işsiz çoxdur, yoxsa iş yeri? - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) sahibkarlarla müzakirəsinə həsr olunmuş görüşdə deyib.
Onun sözlərinə görə, bu günün cəmiyyəti bu günün əmək bazarına hazırlaşmır. O qeyd edib ki, hazırda Dövlət Məşğulluq Agentliyinin əsas hədəfi data təhlillər əsasında innovativ yanaşmalarla bugünkü gəncliyi növbəti əmək bazarına hazırlamaqdır: "Bununla bağlı biz peşələr atlasını hazırlayırıq. Vətəndaşlar bu atlasa daxil olaraq hər bir peşənin ölkə üzrə sayını, həmin peşə üzrə orta əməkhaqqını müəyyən edəcək". (Apa)