AzSığorta” ASC 2025-ci il ərzində 8 milyon 239 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları son bir illə müqayisədə 780 min manat, yəni 8,6% azalıb.
Bu dövrdə ödənişlər isə 309 min manat (20,2%) artaraq 1 milyon 836 min manat olub.
Ötən il ödənişlər 1 milyon 527 min manat olmuşdu.
Şirkətin zərərlilik göstəricisi 22,3% təşkil edib (ötən il - 16,9%).












