Azərbaycanın pambıq sənayesində lider şirkət olan GP Cotton Holdings nəzdindəki Prime Cotton, bu yay mənalı və sosial dəyəri yüksək olan təşəbbüsə imza atdı. Bakı Psixologiya Mərkəzi ilə birgə təşkil olunan yay düşərgəsi layihəsi, çətin həyat şəraiti ilə üzləşmiş uşaqlara unudulmaz anlar, yeni bacarıqlar və inkişaf etdirici təcrübələr qazandırdı.
Prime Cotton Yevlax və Beyləqanda fermerlər üçün maarifləndirici tədbirlər keçirib
FED.az xəbər verir ki, 11–12 avqust tarixlərində Nabran bölgəsində keçirilən düşərgədə Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinin 25 sakini iştirak etdi. 14 avqustda isə Şamaxıda baş tutan tədbirdə “Ümid Yeri” Uşaq Sığınacağından olan 35 uşaq bir araya gəldi.
Layihə çərçivəsində:
- Uşaqlara mənalı istirahət, pozitiv sosiallaşma və psixososial dəstək təmin olundu.
- Asudə vaxtlarını səmərəli keçirmələri üçün kitablar, metodiki vəsaitlər, qutu oyunları və yaradıcı məşğələlər təşkil olundu.
- Empatiya, ünsiyyət, komanda ilə işləmə və özünüifadə bacarıqları inkişaf etdirildi.
“Prime Cotton üçün bu təşəbbüs sadəcə sosial məsuliyyət layihəsi deyil, gələcəyimizi formalaşdıracaq uşaqlara qayğı göstərmək, onlara yaddaşlardan silinməyəcək xoş xatirələr bəxş etmək fürsətidir. Biz inanırıq ki, xoşbəxt və güvəndə olan uşaq sabahın güclü cəmiyyətinin əsasını təşkil edir,” — Prime Cotton şirkətinin Baş İcraçı Direktoru Rövşən Mahmudov bildirib.
Bu təşəbbüs şirkətin uzunmüddətli Korporativ Sosial Məsuliyyət strategiyasının bir hissəsi olaraq həyata keçirilib.
Bu il Prime Cotton özünün 30 illik yubileyini qeyd edir və müasir Azərbaycan pambıq sənayesində ən uzun tarixə sahib şirkət olaraq, ölkənin kənd təsərrüfatı və tekstil sektorunda mühüm rol oynamağa davam edir.