DSMF pensiya artımları sahəsində indeksasiya metoduna keçib.
Azərbaycanda özəl pensiya fondu yaradılır
FED.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında çıxışında deyib.
Hər il indeksləşdirmə əsasında pensiya artımı olacaq. Bu artım bütün növ pensiyalara şamil olunacaq.
DSMF sədri bildirib ki, indeksləşmə yanvar ayının 1-dən hesablanacaq və bu indeksasiya metodu ilə olan artım fevral ayının pensiyalarına şamil olunacaq. Fevral ayında həm yanvar, həm də fevral ayının indeksləşmə xərci vətəndaşın pensiyasına əlavə edilərək ödənilənəcək.
Çıxışında Himalay Məmişov bildirib ki, bu il 10.8% faizlik indeksləşdirmə proqnoz olunur.