“Əmək pensiyaları orta aylıq əməkhaqqının 2019-cu ildəki artım teminə uyğun şəkildə indeksləşdiriləcək”.
FED.az “Marja”ya istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib.
Eləcə də bax: Nazir: “Bu ay pensiyalarda növbəti - ARTIM EDİLƏCƏK”
“Bütün pensiyaçıların təqüdlərinin sığorta hissəsi ötən il əməkhaqqının artım teminə uyğun şəkildə indeksləşdiriləcək. Bizim təxmini gözləntimiz 15% ətrafındadır. Son illər ərzində bu böyüklükdə artım olmamışdır. Bildiyimiz kimi, ötən il minimum əməkhaqqı təxminən 2 dəfə artırılıb. Minimum əməkhaqqının artırılması zəncirvari effekt ilə orta aylıq əməkhaqqının 15% artmasına şərait yaratmışdır. Rəqəmlər təqdim edildikdən sonra, Fevral ayında əmək pensiyalarının sığorta hissəsi ölkə üzrə orta əməkhaqqının artım tempinə və fərdi şəxsi hesablarda yığılan pensiya kapitalı isə ötən ildəki inflyasiya (2,6% - Marja) səviyyəsində indeksləşdiriləcək. Artımlar Fevral ayında pensiyalar ödənilərkən vətəndaşlara ödəniləcəkdir”,- Babək Hüseynov deyib.