"Bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artım ediləcək.
FED.az xəbər veri ki, bunu bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bildirib.
Eləcə də bax: "Pensiyaların gecikməsindən - SÖHBƏT GEDƏ BİLMƏZ"
Sahil Babayev, 4 milyon 200 min vətəndaşın rifahına birbaşa dəstəyi təmin edən iki islahat paketinin ötən ilin ən mühüm nailiyyətlərindən olduğunu deyib. O, 2019-cu ildə orta aylıq pensiyanın 15 faiz, o cümlədən yaşa görə pensiyanın 15 faiz, əlilliyə görə pensiyanın 22 faiz artdığını bildirib.